Belarusla keçirilən nüvə təlimlərinin təfərrüatları açıqlanıb

12 İyun 2024 18:23 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyi qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsinin təfərrüatlarını açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onlara Leninqrad Hərbi Dairəsinin raket birləşmələri daxildir. “İsgəndər-M” komplekslərinin ekipajları raket buraxılışlarına hazırlaşmaq üçün təyin olunmuş əraziyə hərəkət ediblər. Xüsusilə, xüsusi sursatların əldə edilməsi ilə bağlı tapşırıqlar işlənəcək.

Manevrlərdə Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin ekipajları da iştirak edir. Onlar dəniz əsaslı qanadlı raketləri təlim-döyüş bölmələri ilə təchiz edəcək və təyin olunmuş patrul ərazilərinə çıxacaqlar.

Genişmiqyaslı təlimlərin ikinci mərhələsi bir gün əvvəl başlayıb.

Bu arada Televiziya Mərkəzi xəbər verir ki, Rusiya və Belarusun silahlı qüvvələri qeyri-strateji nüvə silahından istifadəyə hazırlaşırlar.

Nazlı