Rəcəb Tayyib Ərdoğan Filip Lazzarinini qəbul edib

12 İyun 2024 18:14 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Yaxın Şərq üzrə baş komissarı Filip Lazzarinini qəbul edib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Prezident İqamətgahında baş tutan görüşdə xarici işlər naziri Hakan Fidan və digər rəsmilər də iştirak ediblər.