‘‘Cozef Bayden G7 sammitindә iştirak edәcәk’’

12 İyun 2024 17:56 (UTC+04:00)

ABŞ prezidenti Cozef Bayden İtaliyada keçiriləcək G7 liderlərinin sammitində iştirak edəcək.

SİA xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Cozef Bayden 13-15 iyun tarixlərində İtaliyanın Apuliya bölgəsində keçiriləcək G7 sammitinə qatılacaq.

Sammitdә Qәzzada atәşkәsin tәmin edilmәsi mәsәlәsi ilә Ukraynaya verilәn dәstәyin qiymәtlәndirilәcәyi bildirilib.

Cozef Baydenin sammit çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə də görüşəcəyini bildirən Ağ Ev ABŞ-ın Rusiyaya qarşı Ukraynaya güclü dəstəyini davam etdirəcəyini vurğulayıb.