Məhərrəm və Adil Əliyevlərə ağır itki üz verib

12 İyun 2024 17:45 (UTC+04:00)

Azərbaycanın Belarusiyadakı səfiri Məhərrəm Əliyevin və Milli Məclisin vitse-spikeri Adil Əliyevin qardaşı, ehtiyatda olan polis polkovniki Allahverdi Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. SİA-nın əldə etdiyi xəbərə görə, A.Əliyev sabah Şüvəlan qəsəbəsi Mir Mövsüm Ağa ziyarətgahındakı məzarlıqda dəfn ediləcək.

Qeyd edək ki, Allahverdi Əliyev uzun illər polis sistemində yüksək vəzifələrdə çalışıb. Onun pensiyaya çıxarkən son iş yeri DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu üzrə polis şöbəsinin rəisi vəzifəsi olub.

“Səs” Media Qrup adından Məhərrəm və Adil Əliyevlərə dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik.

Allah rəhmət eləsin!