Dənizdən əl-ayağı bağlı qız cəsədi tapılıb

12 İyun 2024 15:39 (UTC+04:00)

Türkiyədə dənizdən əl-ayaqları bağlanaraq xalçaya bükülmüş gənc qız cəsədi tapılıb. SİA xarici mediaya istinadən xəbər verir ki, cansız bədəni dənizdə tapılan 24 yaşlı gəncin qətli ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Dəhşətli hadisə ilə bağlı saxlanılan iki nəfər polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilib. Qətl şübhəlilərindən birinin hadisədən bir gün sonra bölgəyə ağırlığa bağladıqları qızın suya batdığını yoxlamaq üçün gəldiyi öyrənilib. Qətl şübhəlisi digər şübhəlinin onu hədələdiyini iddia edib.

Ədliyyəyə sövq edilən şübhəlilərdən biri mətbuat mənsublarının "niyə kömək etdin?" sualına qatili tanımadığını iddia edərək, "Mən özüm bunu etmədim. Qatil tərəfindən silahla təhdid olundum" - deyə bildirib.

Polis hadisə ilə bağlı araşdırmalara davam edir.