Bakıdan yola salınan növbəti köç karvanı Şuşaya çatıb

12 İyun 2024 14:24 (UTC+04:00)

Bakı şəhərindən yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb. SİA xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Şuşa şəhərinə 21 ailə – 85 nəfər köçürülüb.

Bununla da Şuşada 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.