Bakı-Ələt-Qazax-Gürcüstan yolunda yeni piyada keçidi

12 İyun 2024 14:12 (UTC+04:00)

M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 266,6-cı kilometrliyində yeni yerüstü piyada keçidi tikilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya bildirilib ki, metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3,2 metr, yol səviyyəsindən hündürlüyü isə 5,5 metr təşkil edir.

Layihə üzrə artıq keçidin platformasının quraşdırılması işləri aparılıb. Yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının quraşdırılması, keçidin ətrafında abadlaşdırılma işlərinin aparılması nəzərdə tutulub.