"Qarabağ"dan ayrılan qapıçı paytaxt klubu ilə razılaşdı

12 İyun 2024 13:53 (UTC+04:00)

"Qarabağ" klubu ilə yolları ayıran Andrey Lunyov "Dinamo"( Moskva) ilə razılaşıb. SİA xəbər verir ki, təcrübəli qolkiper "Dinamo" ( Moskva) klubuna azad agent kimi qatılıb.

Lunyov yaxın günlərdə tibbi müayinədən keçməlidir. O, klubla 2+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Lunyov "Qarabağ"da oynadığı 2023/24 mövsümündə ölkə çempionu və kubokunun qalibi olub.