Lənkəranda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb

12 İyun 2024 13:23 (UTC+04:00)

Lənkəran rayonunda rabitəçini elektrik cərəyanı vuraraq öldürüb. SİA-nın məlumatına görə, hadisə rayonun Gərmətük qəsəbəsində baş verib.

Belə ki, "Aztelekom"un əməkdaşı, rayonun Mamusta kənd sakini, 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkərkən ehtiyatsızlıq edib və yüksək gərginlikli elektrik xətlərinə toxunub.

Nəticədə yüksək gərginlikli elektrik cərəyanı onu vurub.

C.Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.