Azərbaycan millisinin yeni baş məşqçisinin təqdimat mərasiminin vaxtı

12 İyun 2024 13:11 (UTC+04:00)

İyunun 13-də futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək. SİA xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

“Hilton” hoteldə təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.

Qeyd edək ki, AFFA F.Santuşla AVRO-2028-in seçmə mərhələsinin sonunadək müqavilə imzalayıb.