YAP Səbail rayon təşkilatı 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirir - YENİLƏNİR - FOTOLAR

12 İyun 2024 12:35 (UTC+04:00)

Bu gün YAP Səbail rayon təşkilatı 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirir. SİA xəbər verir ki, tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Ulu Öndər Heydər Əliyevə aid videoçarx nümayiş etdirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Aqrar siyasi komitəsinin sədri, filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayev, 91-lərin üzvü, Biologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Novruz Quliyev, şəhid Murad Qurbanovun anası Mehriban Əmrahova, Vətən Müharibəsi qazisi Ramin Şirinov iştirak edirlər.