Azərbaycanın bayraqdarı bəlli olub

12 İyun 2024 12:32 (UTC+04:00)

Rusiyanın Kazan şəhərində keçiriləcək “BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin bayraqdarı məlum olub. Bu barədə SİA-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bu gün keçiriləcək açılış mərasimində Azərbaycan bayrağını avarçəkən, “Amber Oars” beynəlxalq reqatasının gümüş və bürünc mükafatçısı, “Prezident Kuboku-2015” beynəlxalq reqatasının qızıl mükafatçısı Ziya Məmmədzadə daşıyacaq.