Qəbələdə sel körpünü apardı

12 İyun 2024 12:22 (UTC+04:00)

Güclü sel Qəbələ rayonunda fəsadlar törədib. SİA xəbər verir ki, sel suları rayonun Əmirvan kəndi yaxınlığından keçən Dəstəmaz çayı üzərindəki körpünü aparıb. Nəticədə körpü tamamilə yararsız hala düşüb.

Bu məqamda bildirək ki, güclü yağışdan sonra baş verən sel səbəbindən İsmayıllı-Lahıc yolunda da problemlər yaranıb. AAYDA yolda hərəkətin bərpa edilməsi barədə məlumat yayıb.