Nikah yaşı 1 il azaldılmayacaq

11 İyun 2024 14:07 (UTC+04:00)

Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq. SİA-nın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.

Mövcud qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Dəyişikliklə qanunun bu müddəası ləğv edilir.