Azərbaycan Ordusunun Naxçıvanda itkin düşən əsgərinin nəşi tapılıb

11 İyun 2024 12:06 (UTC+04:00)

Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun nəşi tapılıb. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 11-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyənləşib.

Hazırda faktla bağlı araşdırma aparılır.