Bakı-Ələt-Qazax yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

11 İyun 2024 12:00 (UTC+04:00)

M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 47.9-cu kilometrində (Qaradağ rayonu ərazisi, DYP postu yaxınlığında) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işləri ilə əlaqədar iyunun 11-dən 12-nə keçən gecə yolun üzərində metal konstruksiya işləri görüləcəyi üçün (təhlükəsizliyin təmin edilməsi məqsədilə) nəqliyyat vasitələrinin hərəkəti 15-20 dəqiqə müddətində məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən qeyd edilən müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.