Cem Yılmazın səhhətində problem yaşandı

11 İyun 2024 07:40 (UTC+04:00)

Türkiyəli şoumen və aktyor Cem Yılmaz səhhətində ciddi problem olduğunu açıqlayıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu yaxınlarda həkimə getdiyini bildirən aktyor, sağ gözünün görmə qabiliyyətini 50 faiz itirdiyini bildirib.

Səhhətindəki problemlə bağlı danışmasına zarafatla davam edən Yılmaz, "Peşəmizin günahıdır. Gözümü bu peşəyə verdim. Necə ki, Zeki Müren musiqiyə könlünü verdi, mən də bu işə gözümü verdim" deyərək xəstəliyi ilə zarafat edib.