Bakıda bir nəfər dənizdə batıb

10 İyun 2024 09:51 (UTC+04:00)

Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Yaşayış massivinin yaxınlığında dənizdə bir nəfər batıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.