Maştağada kişi qaynını bıçaqlayıb

10 İyun 2024 09:21 (UTC+04:00)

Maştağada kişi qaynını bıçaqlayıb. SİA xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü İlkin Məmmədov münaqişə zəminində qaynı Sərxan Namazovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törədən şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.