Salyanda motosikletlə minik maşını toqquşub, yaralılar var

10 İyun 2024 02:55 (UTC+04:00)

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Salyan-Noxudlu kənd avtomobil yolunda qeydə alınıb.

Minik avtomobililə motosikletin toqquşması nəticəsində xəsarət alanlar olub.

Qəza nəticəsində Əsgərov Yedigar, Əsgərova Məlahət və Dəmirli Ələsgər Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.