Gömrük orqanlarına xidmətə qəbul olmaq istəyənlər üçün test imtahanı keçirilib - FOTOLAR

9 İyun 2024 14:47 (UTC+04:00)

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Gömrük Komitəsi ilə birgə gömrük orqanlarına xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. Dövlət İmtahan Mərkəzindən SİA-ya bildirilib ki, imtahanda namizədlərə qanunvericilik üzrə 70, məntiqi təfəkkürün yoxlanılması üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər.

İyunun 10-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.