Endokrinoloq tər qoxusunu artıran məhsulları sadalayıb

8 İyun 2024 23:53 (UTC+04:00)

…Məlum olub ki, bəzi qidalar kəskin qoxu ilə tərləmə yaradır.

Endokrinoloq Zuxra Pavlova bildirib ki, müəyyən qidaların qəbulu insanın tərləməsini daha da gücləndirir.

Həkim tər qoxusunu artıran qidalar siyahısına köhnə pendirləri, ədviyyatları, şirniyyatları və şirin süd məhsullarını daxil edib.

Onun sözlərinə görə, karbohidratlar tərlə birlikdə “bədəni tərk edə” bilir.

Və ona qoxular yaradan bakterial flora da qoşula bilər.

SİA-nın əldə etdiyi məlumata görə, həkim “Sputnik” radiosunda şəkərin yalnız bakteriyaları qidalandırdığını qeyd edib.

Pavlova həmçinin xəbərdarlıq edib ki, tərin kəskin qoxusu müəyyən xəstəliklər və dərinin səthində bakteriyaların çoxalması ilə bağlı ola bilər.

Bundan əlavə, bir sıra qidalar artan tərləməyə səbəb ola bilər. …Bunun qəhvə, isti su və moruqlu çay, bal, zəncəfil olduğunu ifadə edən mütəxəssis əlavə edib ki, tərin tərkibinə artıq çəkinin olması da təsir edir.

Nazlı