Ruhəngiz Əli Mirəliyevə əsəbiləşdi

8 İyun 2024 06:47 (UTC+04:00)

"Əli Mirəliyevlə kaş duet oxumazdım. Kənardan baxıram, ayıbdır. Heç olmasa o duetlərə hörmətlə yanaş, danışığını bil". SİA xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi "Xəbər ətər" verilişində deyib. Sənətçini əsəiləşdirən məqam isə həmkarının onun haqda dediyi sözlər olub:

"Heç ondan gözləməzdim. O dəfə verilişlərin birində deyib ki, "Ruhəngiz Musəvi və Ruhəngiz Allahverdiyeva toyda "Bu gecə" mahnısını qışqıra-qışqıra oxuyublar". Ayıbdır, bundan sonra onunla efirə çıxmayacağam. Danışığına fikir ver, bəsdir. Bu şeylər mənə toxunur. Mən sənətə gələndə heç Əlini tanımırdım".