Məşhur aktrisa bu üsulla 20 kilo arıqladı - FOTO

8 İyun 2024 04:39 (UTC+04:00)

Pəhrizlə və idman edərək xeyli arıqlayan məşhur aktrisa Bergüzar Korel açıqlaması ilə gündəmə gəlib. SİA xəbər verir ki, 2009-cu ildə aktyor Halit Ergençlə ailə quran Bergüzar Korel 2021-ci ildə üçüncü körpəsi dünyaya gələndən sonra xeyli çəki alıb. O, həm pəhriz, həm də idmanla əvvəlki formasına qayıtdığını açıqlayıb.

8 ayda davamlı olaraq 20 kilo arıqlayan Bergüzar Korel açıqlaması ilə hər kəsi təəccübləndirib. Aktrisa sosial media hesabında bir həftədə 4 kilo arıqladığını etiraf edib.

"Bir həftədə düz 4 kilo çəki itirmişəm. Sağlam yolla bunu etmək mümkündür”, - aktrisa qeyd edib.