Vladimir Maşkova yeni vəzifə verilib...

7 İyun 2024 23:44 (UTC+04:00)

...Rusiyalı aktyor və rejissor Vladimir Maşkov “Sovremennik”in yeni direktoru olacaq, onun həmkarı Yevgeni Gerasimov Moskva Akademik Satira Teatrının, rejissor Konstantin Boqomolov isə Roman Viktyuk Teatrının bədii rəhbəri vəzifəsini alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Moskva merinin rəsmi saytında bidirilib.

Meriyanın bildirdiyinə görə, hər üç şəxs bədii rəhbər kimi hazırkı vəzifələrini də qoruyacaqlar.

Maşkov “Tabakerka”nın (Oleq Tabakovun Moskva Teatrı), Yevgeni Gerasimov Malaya Ordinka, Boqomolov isə Malaya Bronnaya teatrının bədii rəhbəri olaraq da qalacaqlar.

Nazlı