Dəmir yolunda partlayış hazırlayan rusiyalı saxlanılıb

6 İyun 2024 18:54 (UTC+04:00)

Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları dəmir yolunda partlayış hazırlamaqda şübhəli bilinən Belqorod vilayətinin sakinini saxlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS-a idarənin regional idarəsinin mətbuat xidmətindən bildirilib.

Deyilənlərə görə, həmin şəxs cinayət başında yaxalanıb. Kəşfiyyat xidmətinin məlumatına görə, o, təxribat üçün istifadə etməyi planlaşdırdığı partlayıcı qurğu alıb.

Nazlı