Xüsusilə yay aylarında soyuq su istehlakına daha çox üstünlük verildiyi hər kəsə məlumdur. Yəni, bir çox insanın yay istisində soyuducuda su saxlayıb içmək kimi bir vərdişi var. Soyuq su içməyin faydaları və zərərləri haqqında da bəzi məlumatlar mövcuddur.

Bəs, bu fayda və zərərlər hansılardır?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Bir sıra mənbələrə görə, soyuq su boğaz şişməsi və infeksiyaya səbəb olmur. Çünki boğazda infeksiyaya səbəb olan şey bakteriyalardır.
Dünyada yanaşma
Bir türk mütəxəssis türklərdə nədənsə soyuq suya qarşı sanki bir allergiya olduğunu bildirir. Onun sözlərinə görə, Amerikada boğazı şişən adama dondurma verilir və soyuq su içirirlər.
Düzdür, soyuq su ilə duş qəbul etmək, soyuq su içmək kimi dəriyə müəyyən faydalar verir. Soyuq suyun zərərləri dedikdə ilk ağla gələn soyuq suyun istehlak edilməsinin insanın enerjisini azaltmasıdır. İnsanların sağlam həyat sürməsi üçün bədənlərinə hər gün müəyyən miqdarda su daxil olmalıdır. Bu səbəbdən gündə orta hesabla iki və ya iki yarım litr su istehlak edilməlidir.
Fərqli mənbə
Soyuq suyun faydaları və zərərləri bu nöqtədə böyük əhəmiyyət kəsb edir. Soyuq su istehlakının immunitet sistemini də zədələdiyinə dair bəzi məlumatlar var. Bu məlumatları nəzərə alaraq, soyuq su istehlakını minimuma endirmək lazımdır.

Soyuq su qaraciyərə zərər verirmi?
Soyuq suyun qaraciyərə zərərli olub-olmadığı barədə dəqiq məlumat yoxdur. Ancaq soyuq su içmək qaraciyərin yağlanması riskini artıra bilər. Soyuq istehlak edilən su mədəni doldurur və isti olduğu bilinən ödün əmələ gəlməsinə səbəb olur.
Öd soyumağa başlayanda qaraciyərdə yağlı çöküntülər əmələ gəlməyə başlayır. Bunun xaricində soyuq suyun qaraciyərə zərərli olub-olmadığı barədə qəti məlumat vermək düzgün deyil. Soyuq suyun zərərləri müxtəlif orqanlarda da görünə bilər. Bu riski azaltmaq üçün daha çox isti su və ya otaq temperaturunda su istehlak edilməlidir. Beləliklə, soyuq suyun zərərləri daha az müşahidə edilir.

Soyuq su içməyin faydaları nələrdir?
Soyuq su içməyin müəyyən zərərləri ilə yanaşı faydaları da məlumdur. Bu faydalardan ən əhəmiyyətlisi maddələr mübadiləsi sürətinin artmasıdır. Metabolik sürətin artmağa başlamasının səbəbi əslində bədənin içəriyə girən soyuq suyu qızdırmağa çalışmasıdır. Beləliklə, maddələr mübadiləsi işləyir və sürətlənir.
Soyuq su içməyin digər məlum faydaları aşağıdakılardır:
- Məşqdən sonra soyuq su içmək əzələləri rahatladır.
- Bədən istiliyini aşağı salır
- İnsanı təravətləndirir
Soyuq su içməyin zərərləri nələrdir?
Soyuq su istehlakının insanların sağlamlığına bəzi mənfi təsirləri var. Bu mənfi təsirlərə soyuq suyun baş ağrılarını artırma ehtimalı daxildir.
Bundan əlavə, soyuq suyun zərərli təsirləri arasında aşağıdakılar var:
- Xoralar. Mədə problemi olan insanlar üçün soyuq su istehlak etmək mədə problemlərinin daha da pisləşməsinə səbəb ola bilər.
- Soyuq su istehlakı diş və diş ətinin həssaslığına səbəb ola bilər.
- İnsanın ürək döyüntüsünün azalmasına səbəb olur
- Bədəndəki vagus sinirləri stimullaşdırılır
- Soyuq su istehlakı orqanizmdə bəlğəmin miqdarını artırır ki, bu da kifayət qədər zərərlidir.
- Qarın ağrısına səbəb olur
- Qəbizlik problemi yaranır
- Mədə ağrısı ehtimalı da var
Hamiləlik zamanı soyuq su içmək zərərlidirmi?
Hamiləlik dövründə soyuq su içmək insan orqanizmində əlavə sağlamlıq problemi yaratmır. Hamiləlik dövründə soyuq su içməyin zərərləri ilə adi vaxtda soyuq su içməyin zərərləri arasında heç bir fərq yoxdur. Hamilə olmayan şəxslər və hamiləlik dövründə fərdlər soyuq su istehlak etdikdə eyni fayda və zərərləri yaşayırlar.
Soyuq su gündəlik həyatda da istehlak edilə bilər. Hamilə və ya hamilə olmayan insanlar da gün ərzində soyuq su istehlak etməlidirlər, lakin çox miqdarda deyil. Soyuq suyun zərərləri yalnız həddindən artıq istehlakdan qaynaqlanır.
Soyuq suyun saça fayda və zərərləri nələrdir?
Soyuq suyun faydaları və zərərləri təkcə içməli su deyil. Soyuq su ilə duş qəbul etməyin bəzi məlum faydaları da var. Məlumdur ki, saçları soyuq su ilə yumaq xüsusilə saç dərisi üçün çox faydalıdır. Baş dərisində kəpək problemi olan insanlar saçlarını soyuq su ilə yaxalamalıdırlar. Bu, kəpək problemini böyük ölçüdə aradan qaldırır. Eyni zamanda soyuq su ilə yuyulan saçlar daha canlı görünüş qazanır. Saçlar soyuq su ilə yuyulduqda baş dərisindəki təbii yağ balansı qorunur.
Duş zamanı istifadə edilən soyuq su baş dərisini nəmləndirməyə kömək edir. Saçlarınızı mütəmadi olaraq soyuq su ilə yusanız, daha parlaq və yumşaq saçlara sahib ola bilərsiniz.
Soyuq su baş dərisində qan dövranı üçün də çox faydalıdır. Saçları soyuq su ilə yumağın başqa bir faydası saç tökülməsini azaltmaqda olan təsiridir. Saçları soyuq su ilə yumaq çox da zərər vermir. Ümumiyyətlə, duşdan sonra saçları yaş saxlamaq insana zərərlidir. Bunun xaricində saçınızı soyuq su ilə yumaqdan sizə zərər verməz.
Soyuq suyun dəriyə faydaları nələrdir?
Dəriyə qulluq zamanı və gün ərzində üzü soyuq su ilə yumağın bir çox faydası var. Soyuq su ilə duş qəbul etmək də çox faydalıdır. Belə ki, bu duş qəbul etmək orqanizmdə qan dövranına müsbət təsir edir. İmmunitet sisteminin güclənməsinə də töhfə verir.
Soyuq suyun dəriyə müəyyən zərərləri də var. Bu zərərlər arasında birincisi üzdəki kir və bakteriyaları tam təmizləyə bilməməkdir. Bundan əlavə, qış aylarında soyuq su ilə duş qəbul etmək soyuqlamağınıza səbəb ola bilər.
Dəriyə faydaları:
- Üzünüzü soyuq su ilə yumaq sızanaqların əmələ gəlməsinin qarşısını alır.
- Soyuq su dəridəki şişkinliyi aradan qaldırmaq üçün faydalıdır.
- Üzün mütəmadi olaraq soyuq su ilə yuyulması üzə parlaq bir görünüş verir.
- Göz altındakı şişkinlik və yuxulu görünüşü aradan qaldırmaq üçün də soyuq sudan istifadə edilir.
- Üzündə iltihab olan insanlara da üzünü soyuq su ilə yumaq tövsiyə olunur.
- Soyuq su üzdəki qan damarlarının daralmasına səbəb olur
Soyuq su içmək qripə səbəb olur?
Araşdırmalar göstərir ki, indiki vaxtda soyuq su içməyin sizi xəstələndirəcəyi ilə bağlı fikirlər olduqca çox yayılıb. Amma bu məlumat doğru deyil. Soyuq su içmək bəzi orqanlara zərər verə bilsə də, heç bir qrip xəstəliyinə səbəb olmur. Boğaz ağrısı və ya soyuqdəymə zamanı soyuq su istehlak edilməməlidir. Bunun səbəbi isə insanın boğazında olan qıcıqlanmadır. İnsanın boğazı qıcıqlandıqda soyuq su içmək boğaz ağrısına səbəb olur. Sağlam bir insan üçün soyuq su istehlak etmək soyuqdəyməyə və ya boğaz ağrısına səbəb olmaz.
Ayşən Vəli