Uğur qazana bilməyən müəllimlərin çoxu ortayaşlıdır - Nəzakət Mehdiyeva

6 İyun 2024 11:13 (UTC+04:00)

Sertifikasiya imtahanlarında uğur qazana bilməyən müəllimlərin çoxu orta yaş qrupuna aid olanlardır. SİA xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

O bildirib ki, test imtahanı mərhələsində sualların məzmununda heç bir fərq yoxdur: "Uğur qazana bilməyən müəllimlər adətən müsahibə mərhələsində kəsilir. Çünki onun öyrətmə üsulu qaneedici olmur".