"60 yaşdan yuxarı 600 nəfərə yaxın müəllimlərin sertifikasiyaya qatılmağı nəzərdə tutulub". SİA xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, yaşlı müəllimlərimizi yormaq lazım deyil: "Lakin bəzi hallarda peşəkar müəllimlər əmək müqaviləsinin uzadılmasını istəyirlər. O iddiada olan müəllimlər əgər fəaliyyətlərini davam etdirmək istəyirlərsə, sertfikasiyada iştirak etməlidirlər. Yəni uzadılma iddiası olan yaşlı müəllimlər varsa, sertifikasiyada olmaları arzuolunandır".