Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlandırıcı sessiya keçirilir - YENİLƏNİR - FOTOLAR

6 İyun 2024 10:34 (UTC+04:00)

Bu gün Bakıda təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı media nümayəndələri üçün məlumatlandırıcı sessiya keçirilir. SİA xəbər verir ki, təlimdə media nümayəndələri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli iştirak edirlər.

Sessiya STEAM İnnovasiya Mərkəzində keçirilir.

Məlumatlandırıcı sessiyada sertifikatlaşdırma ilə bağlı təqdimat edilir və suallar cavablandırılır.