Ağcabədidə bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

6 İyun 2024 09:09 (UTC+04:00)

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Səbinə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağcabədi rayon prokurorluğundan SİA-ya verilən xəbərə görə, araşdırmalarla 1991-ci il təvəllüdlü Sadiq Kərimovun aralarında yaranmış mübahisə zamanı dəmir linçlə xəsarətlər yetirərək bacısı Səbinə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Sadiq Kərimov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.