"Santa Barbara"nın ulduzu 101 yaşında vəfat etdi

6 İyun 2024 08:41 (UTC+04:00)

"Santa Barbara" serialının aktrisası Cenis Peyc vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 101 yaşlı aktrisa Los-Ancelesdəki evində dünyasını dəyişib. Üç ay sonra 102 yaşını qeyd etməyə hazırlaşan aktrisanın təbii səbəblərdən vəfat etdiyi bildirilib.