AvtoVAZ şirkəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Lada Niva Travel (E-Niva) avtomobilinin elektrik variantının prototipini nümayiş etdirib.
SİA bu barədə rus saytlarına istinad edir.
Stenddə olan şirkət nümayəndəsi jurnalistlərə bildirib ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna konseptual model gətirilib.
Mühərrikin nominal gücü 60 kVt, maksimum gücü isə 120 kVt-dır. Bir şarjla hərəkət məsafəsi 175 km, akkumulyatorun gücü 34 kVt təşkil edir.
Nazlı