4 iyun 2024-cü ildə Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhər Mədəniyyət Baş İdarəsi 4 saylı Uşaq İncəsənət Məktəbinin Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr edilmiş “Bütöv Azərbaycanım” adlı hesabat konserti keçirilib. Konserti 4 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsini əvəz edən, dərs hissə müdiri Gültəkin Atakişiyeva açaraq Ümummilli Lider Heydər Əliyev haqqında ən xoş təəssüratlarını çatdırıb.
Tədbirdə həmçinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və Bakı şəhər musiqi incəsənət məktəblərinin direktorları iştirak ediblər.
Qeyd etmək lazımdır ki, 4 nömrəli Uşaq İncəsənət Məktəbinin yerləşdiyi Buzovna qəsəbəsi paytaxtımızdan 40 km aralı olsa da valideynlər də bu tədbirdə çox maraqla iştirak ediblər.
Konsertin sonunda Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev məktəblilərlə və kollektivlə birlikdə xatirə şəkli çəkdirib.
M.MƏMMƏDOV