“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı otorinolarinqoloqu, t.ü.f.d., Dr.Elvin Əzizovu təqdim edirik. SİA xəbər verir ki, dr. Elvin Əzizov Mərkəzi Gömrük Hospitalında adenoidektomiya, tonzillektomiya, qulaq pərdəsinə parasentez boru yerləşdirilməsi, açıq və qapalı burun çəpər əyriliyi əməliyyatı, burunun açıq və qapalı reduksiyası, burun polipləri və burun cibləri xroniki iltihablı xəstəliklərinin cərrahi yolla təmizlənməsi, qırtlaq biopsiyaları və poliplərinin xaric edilməsi əməliyyatını və rekonstruktiv əməliyyatları həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/elvin-azizov/.
Dr. Elvin Əzizov 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmiş, 2007-2009-cu illərdə Ukraynada Xarkov Diplomdansonrakı Tibb Akademiyasının otorinolarinqologiya kafedrasında ordinatura, 2010-2013-cü illərdə isə aspirantura təhsili almışdır. O, 2013-2015-ci illərdə Xarkov Diplomdansonrakı Tibb Akademiyasının otorinolarinqologiya kafedrasında uşaq otorinolarinqoloqu kimi çalışıb. Dr.Elvin Əzizov 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-otorinolarinqoloq kimi fəaliyyət göstərir.
Elvin həkim 2014-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərində A.S Kolomiyçenko adına Elmi Tədqiqat Otorinolarinqologiya İnstitutunda "Ağırlaşmış sinusitli xəstələrdə cərrahi müalicənin fotohemoterapiya istifadəsi ilə optimallaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Daim öz üzərində işləyən, qabaqcıl təcrübəni öyrənərək öz işində tətbiq edən Dr. Elvin Əzizov 2012-ci ildə Ukrayna həkim-otorinolarinqoloaqların elmi-tibbi birliyinin "LOR orqanlarının xroniki iltihabi xəstəliklərinin müasir müalicə və diaqnostika metodları" adlı elmi-praktiki konfransında, 2019-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində burun boşluğu, paranazal sinusların və kəllə əsasının kadavra materialı üzərində endoskopik sinus cərrahiyyəsi kursunda və 2022-ci ildə Rusiya Rinologiyasının 30 illiyinə həsr olunmuş “Burun boşlugu, paranazal sinuslar və qonşu anatomik strukturların, kadavra materialı üzərində bazal və genişləndirilmiş funksional endoskopik sinus cərrahiyyəsi" yubiley disseksiya kursunda iştirak etmişdir.
Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.