...Ukrayna kökləri olan Elizaveta Kravets öhdəliklərini yerinə yetirmədiyi üçün “Miss Bolqarıstan” titulundan məhrum edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti sosial şəbəkələrdə yarışın təşkilatçılarına istinadən yazıb.
Qeyd olunur ki, Kravets 2023-cü ilin sentyabrında 17 yaşında Bolqarıstanın ən gözəl qızı kimi tanınıb.
...“Miss Bolqarıstan” təşkilatının rəhbəri, hakim qalibi tacdan məhrum etmək qərarına gəldiyini təəssüflə bildirir.
Qərar Kravetsin öhdəliklərini yerinə yetirməməsi və yarış təşkilatının dəyərlərinə zidd fəaliyyətlərdə iştirakı ilə bağlıdır. “Miss Bolqarıstan” təşkilatçılarının fikrincə, bu pozuntular müsabiqənin reputasiyasına, imicinə və nüfuzuna xələl gətirib. Lakin onlar konkret nədən danışdıqlarını açıqlamayıblar.
Ehtimal ki, məsələ müsabiqənin qaliblərinin imzaladığı müqavilədədir. Bu, onların il ərzində təşkilatçı şirkətin reklam və ya xeyriyyə tədbirlərində iştirakını nəzərdə tutur.
Qeyd edək ki, Kravets yeddi yaşından Bolqarıstanda yaşayır. Onun atası ukraynalı, anası isə ukraynalı bolqardır.
Nazlı