Mədəniyyət naziri tərəfindən İmişlidə keçiriləcək vətəndaşların qəbulu tarixi

3 İyun 2024 16:53 (UTC+04:00)

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən cari ilin aprel ayında nəzərdə tutulmuş Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarından olan vətəndaşların qəbulu iyunun 7-də saat 10:00-da İmişli rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi 2) keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən bildirilib.