İsmayıllıda 39 yaşlı kişi bıçaqlanıb

3 İyun 2024 10:32 (UTC+04:00)

Dünən gecə saatlarında İsmayıllı rayonunda bıçaqlanma hadisəsi olub. SİA xəbər verir ki, 31 yaşlı Mərhəmət Quliyev aralarında yaranan mübahisə zəminində 1985-ci il təvəllüdlü Namiq İbrahimova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma başlanıb, izahatlar alınıb və xəsarətlə bağlı ekspertiza təyin olunub.