...Filipp Kirkorovun övladları - 12 yaşlı Alla-Viktoriya və 11 yaşlı Martin xaricdə təhsil alırlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri federal televiziya kanalı yayıb.
Qeyd edək ki, məlumatı müğənninin atası Bedros Kirkorov da təsdiqləyib.
...Nəvələrim məni sevindirir, amma mən kədərlənirəm, çünki onlar əvvəllər burada idilər, amma indi uzaqda oxuyurlar.
Bunu sənətçinin 91 yaşlı atası bildirib.
Onu da qeyd edək ki, baba Kirkorov nəvələri ilə isti münasibət saxlayır. Onun sözlərinə görə, Martin mehribandır, Alla-Viktoriya isə bir az israrlıdır, öz fikri var və hər şeylə razılaşmayacaq.
Baba “Allah mənə daha bir il də ömür versin ki, onları bir az da yetkin görə bilim”-deyir.
Məlumdur ki, Kirkorov mehriban atadır və övladları naminə hər şeyə hazırdır. Məsələn, keçən il Martinin 11 yaşı üçün müğənni uşağa bahalı kompüter və eksklüziv futbol topları dəsti hədiyyə etdi. Üstəlik, Kirkorov varisin debüt geyim kolleksiyasını yaratmaq üçün təxminən on milyon rublu əsirgəmədi.
Nazlı