Ayı tamaşa zamanı təlimçiyə hücum edib...

2 İyun 2024 12:47 (UTC+04:00)

Obninsk sirkində (Kaluqa bölgəsinin şimalındakı regional əhəmiyyətli şəhərdir-A.B.) tamaşa zamanı ayı təlimçiyə hücum edib.

SİA xəbər verir ki, bu barədə yerli sakinlərə istinadən Mash Telegram kanalı, həmçinin REN TV məlumat yayıb.

Qeyd edəkl ki, sirk bu şəhərə qastrol səfərinə gəlibmiş.

Tamaşa zamanı ayının dünyada ilk dəfə köməksiz-filansız tək velosiped sürərək unikal fənd göstərəcəyi elan edilib.

...Və bir neçə saniyə velosiped sürən ayı, sonra tullanaraq təlimçiyə hücum çəkib.

Deyilənlərə görə, təlimçini ayının pəncəsindən güclə qurtarsalar da, amma nə təlimçi, nə heyvan, nə də tamaşaçılar xəsarət almayıblar.

Nazlı