Naxçıvanda 14 790 ədəd çətənə kolu məhv edildi

1 İyun 2024 08:15 (UTC+04:00)

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ordubad, Culfa və Şərur Rayon Polis idarələrinin əməkdaşları tərəfindən yabanı halda bitmiş 14790 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq, yandırma yolu ilə məhv edilib.