Xərçəng xəstəliyinin yaranmasına nə təsir edir? - VİDEO

31 May 2024 14:36 (UTC+04:00)

31 may – Dünya Tütünsüz günüdür. 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 31 may Ümumdünya Tütünsüz Günü elan edilmişdir. Tütündən istifadə insanın ağciyərlərini zədələyir, xərçəngdən tutmuş xroniki respirator xəstəliklərə qədər yaradır. SİA xəbər verir ki, dünya Tütünsüz günündə tibb işçiləri siqaretlə mübarizəni fəallaşdırır və qlobal sağlamlıq üçün dağıdıcı nəticələrə səbəb olan tütünün zərərini vurğulayan maarifləndirici tədbirlər həyata keçirirlər. Dünya Tütünsüz günü insanların bir daha yadına salır ki, tütün insan sağlamlığına ziyandır.

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov AZTV Mədəniyyət TV-nin “Səhər” proqramına “Siqaretin zərərləri” mövzusunda müsahibə verib.