İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları ölkə ərazisi atəşə tutulandan sonra Livanın Hizbullah hərəkatının hərbi obyektlərinə hücum edib. SİA-nın məlumatına görə, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti xəbər yayıb.
“Livandan İsrail ərazisinə çoxlu sayda raket və mərmi atışı qeydə alınmayıb”, - məlumatda bildirilir.
“Bir müddət əvvəl İsrail Ordusunun qırıcıları Livanın cənubundakı Hula və Marun əl-Rasa ərazilərində Hizbullah terrorçularının fəaliyyət göstərdiyi iki hərbi obyektə zərbələr endiriblər”, - məlumatda qeyd edilir.
“Livanın cənubundakı bir neçə yerdə təhdidləri aradan qaldırmaq üçün atəş açıb”, - xidmət davam edib.