Azərbaycanın iki güllə atıcısı Dünya Kubokunda mübarizə aparacaq

30 May 2024 17:22 (UTC+04:00)

Azərbaycanın güllə atıcıları Almaniyanın Münhen şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər. SİA xəbər verir ki, yığmanın heyətində Nigar Nəsirova və Ruslan Lunyov qüvvəsini sınayacaq.

Mayın 31-dən iyunun 8-dək baş tutacaq yarış “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyən idmançılar üçün dünya reytinq xalı qazanmaq baxımından son beynəlxalq turnirdir.

İyunun 9-dək dünya reytinqinə əsasən hər bir kateqoriya üzrə sonuncu Olimpiya lisenziyalarının sahibləri müəyyənləşəcək.