Britaniyanın Bakıdakı səfirliyində COP29 ofisi açılıb

30 May 2024 16:28 (UTC+04:00)

Böyük Britaniyanın Bakıdakı səfirliyində COP29 ofisi açılıb. SİA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Bakıdakı səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.

“COP29 komandamızın ofisi açıqdır və bu, bizə azərbaycanlı tərəfdaşlarımızla birlikdə iqlim konfransının uğuruna töhfə verməyə imkan verəcək”, - paylaşımda bildirilib.