"Şamaxı" klubu qapıçısı ilə yollarını ayırıb

30 May 2024 15:46 (UTC+04:00)

Azərbaycan I Liqasının qalibi olan "Şamaxı" qapıçısı Əkpər Vəliyevlə yollarını ayrılıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı qolkiper yeni mövsüm öncəsi klubdan ayrılan ilk futbolçu olub.

Müqavilə müddəti başa çatan qolkiperlə yeni sözləşmə imzalanmayıb.

Qeyd edək ki, "Şamaxı" 2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək.