Sumqayıtda qanunsuz hasarlamanın qarşısı alınıb - FOTO/VİDEO

30 May 2024 13:27 (UTC+04:00)

Sumqayıtda qanunsuz hasarlamanın qarşısı alınıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Sumqayıt şəhərinin 9-cu və 13-cü mikrorayonlarının kəsişməsində fəaliyyət göstərən obyektin qarşısında müvafiq icazəverici sənədləri olmadan qanunsuz hasarlama işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilmiş hasar sökülüb.