70 yaşa yaraşmayan hərəkət - FOTO

30 May 2024 13:20 (UTC+04:00)

Məşhur amerikalı aktrisa və model Kristi Brinkli yeni fotosunu nümayiş etdirib. SİA xəbər verir ki, məşhurun həmin fotosu İnstaqram səhifəsində paylaşılıb.

Fotoya ilk baxışda 70 yaşlı modelyerin paltarını qaldıraraq omba və ayaqlarını göstərdiyi hiss olunur. Amma sonra məlum olub ki, sən demə 70 yaşlı aktrisa ombalarını göstərmək niyyətində olmayıb, sadəcə stilistlər onun cırılmış paltarını tikirmişlər.