Aprel ayında 193,5 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib

30 May 2024 12:23 (UTC+04:00)

Bu ilin aprel ayında ailə başçısını itirməyə görə 193,5 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 134,9 min nəfərdən çox şəxs pensiya, 58,5 min nəfərdən çox şəxs isə müavinət alıb.