Dövlət İmtahan Mərkəzi və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə müxtəlif dövlət orqanları tərəfindən bu sahədə görülən işlərin müzakirəsi və əlaqələndirilməsi üçün “Təlim və inkişaf sistemində müasir çağırışlar” mövzusunda forum keçirilir. SİA xəbər verir ki, tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digər rəsmilər iştirak edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması məqsədilə dövlət sektorunda insan kapitalının inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.